Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və "Azerconnect Group"un asas tərəfdaşlığı, Naxçıvan Televiziyasının informasiya dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili'nə həsr olunmuş "lIl Milli Kibertəhlükəsizlik Forumu" baş tutub.
Forumun asas məqsədini kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi təşkil edib.
350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə aidiyyəti yerli və xarici qurum, təşkilat və şirkətlərin rəhbər vəzifəli şəxlərinin, elacə də mütəxəssislərin çıxışları dinlənilib.
NTV xəbərin Bakı bürosunun əməkdaşları forumdan videomaterial hazırlayıblar.
Naxçıvan televiziyası həmin videomaterialı təqdim edir:
