satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçiriləcək

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçiriləcək

İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək. 

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirib.

Qeyd olunub ki, festival-konqresdə Qərbi Azərbaycanda xalqımızın uzun illər ərzində yaratdığı mədəniyyət, mədəni irs, tarixi keçmişimiz təbliğ ediləcək.

Həmçinin festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Eyni zamanda  Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur. 

Qərbi Azərbaycanın 11 mahalını canlandıran çadırlar qurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM