satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Daxili İşlər Nazirliyinə 10 yeni nəqliyyat vasitəsi təqdim olunub - VİDEO

Son illər ölkəmizdə polis orqanlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq növbəti dəfə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 yeni xidməti avtobuslar təqdim olunub.

Ölkə prezidenti cənab  İlham Əliyevin tapşırığına uyğun olaraq Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 ədəd "Hyundai County" markalı xidməti avtobus göndərilib.

Bu gün həmin xidməti avtobuslar müvafiq qurumların istifadəsinə verilib.

Qeyd edək ki, nazirliyə təqdim edilən "Hyundai County" markalı nəqliyyat vasitəsi 29 sərnişin yerlikdir. 2024-cü il istehsalı olan müasir təchizatlı avtobuslar şəxsi heyətin daşınması üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM