satellite   Azerspace-1: 11135 H 30000

İyunda Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 3 dəfəyə yaxın artıb

İyunda Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 498 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Naxçıvan televiziyası-ın XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 25 % azdır.

Kibertəhdidlərin 214-ü daxili araşdırma, 284-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyun ayında 132 kiberhücum müəyyən olunub ki, bu da əvvəlki aya nisbətən 2,6 dəfə çoxdur.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 445,750 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 297 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 162 min 117 zərərverici tərkibli elektron sənəd blok edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM