NTV xəbər verir ki, bir müddət öncə insult keçirərək reanimasiyaya yerləşdirilən Əməkdar jurnalist Muxtar Məmməd oğlu Məmmədov bu gün vəfat edib.
Qeyd edək ki, Muxtar Məmmədov uzun illər “Şərq qapısı” qəzetində məsul katib vəzifəsində çalışıb. O, həmçinin “Tərəqqi” medallına və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalına layiq görülüb.
