satellite   Azerspace-1: 11135 H 30000

Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

ABŞ hakimiyyət orqanları bu həftə ölkədə hava nəqliyyatında baş vermiş genişmiqyaslı nasazlığa səbəb olan marşrutlaşdırıcı qurğunu (router) müəyyən edib və cihaz təhlil edilməsi üçün mütəxəssislərə təhvil verilib.

NTV  TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat verib.

“Problem yaradan və şəbəkəmizə məlumat ötürən marşrutlaşdırıcı cihazı aşkarladıq. Hazırda qurğu Floridadakı “L3 Harris” laboratoriyasındadır. Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndələri də oradadır. Bu işlərə Federal Təhqiqat Bürosu (FTB) dəstək verir”, - deyə o, CNN telekanalına bildirib.

Ş.Daffi əlavə edib ki, mütəxəssislər və müstəntiqlər problemin marşrutlaşdırıcının quraşdırılması zamanı baş verən xəta, yoxsa cihazın özündəki texniki nasazlıq ilə əlaqəli olduğunu müəyyənləşdirəcəklər.

Qeyd edək ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinin idarə edilməsi mərkəzlərində rabitə nasazlığı səbəbindən ölkə daxilində bütün uçuşları dörd saatdan çox müddətə dayandırmışdı. Cümə və şənbə günləri 10 mindən çox reysin ləğvi ilə nəticələnən bu hadisə ölkə üzrə son 25 ilin ən uzunmüddətli uçuş məhdudiyyəti kimi qeydə alınıb. ABŞ-nin nəqliyyat naziri Şon Daffi baş verən fasiləni hava hərəkətinə nəzarət sistemlərinin köhnə olması və həddindən artıq yüklənməyə tab gətirməməsi ilə əlaqləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM