satellite   Azerspace-1: 11135 H 30000

Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər

Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər

Uels şahzadəsi Uilyam və xanımı Keyt Middlton üçgünlük rəsmi səfər çərçivəsində Hindistana gəliblər.

NTV  BBC-yə istinadla xəbər verir ki, səfər zamanı kral ailəsinin üzvlərinin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü nəzərdə tutulur. Bu, Uilyam və Keyt Middltonun son dörd ildə birlikdə həyata keçirdikləri ilk rəsmi xarici səfərdir.

Xərçəng xəstəliyi ilə əlaqədar müalicə alması Keyt Middltonun son illərdə beynəlxalq səfərlərdə iştirakını məhdudlaşdırıb. Bununla belə, şahzadə bu həftə Hindistanda keçiriləcək bir sıra tədbirlərdə həyat yoldaşını müşayiət edəcək.

Səfər çərçivəsində nəzərdə tutulan tədbirlərin əksəriyyəti şahzadə Uilyamın təsis etdiyi “Earthshot Prize” ekoloji mükafatı ilə bağlıdır. Sözügedən təşəbbüs çərçivəsində iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi sahəsində ən mühüm problemlərə innovativ həllər təklif edən beş layihənin hər birinə bir milyon funt sterlinq məbləğində mükafat təqdim olunur.

Kral ailəsinin sözçüsü bildirib ki, Keyt Middlton həyat yoldaşının bu təşəbbüs çərçivəsində əldə etdiyi nailiyyətlərlə böyük qürur duyur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM