satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda bu il dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb

Azərbaycanda bu il dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb

Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb.

Naxçıvan televiziyası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

Yanvar-iyun aylarında Azərbaycanda 41 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 29 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da illik müqayisədə 40 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM