satellite   Azerspace-1: 11135 H 30000

Ağdərə, Xocavənd və Xocalı rayonlarında tullantı poliqonları yaradılıb

Ağdərə, Xocavənd və Xocalı rayonlarında tullantı poliqonları yaradılıb

Antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması istiqamətində tədbirlər davam etdirilib. Xocavənd rayonu ərazisində 10 , Xocalı rayonunda 20, Ağdərə rayonunda isə sahəsi 10 hektar olan poliqon əraziləri yaradılıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən növbəti iclasında deyib.

S.Zeyniyev bildirib ki, məişət tullantılarının toplanması üçün Xankəndi şəhərində 64, Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində 23, Xocalı şəhərində 12 konteyner yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM