satellite   Azerspace-1: 11135 H 30000

Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb

Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb

Azad olunan ərazilərdə iyulun 15-21-də 67 tank əleyhinə mina, 37 piyada əleyhinə mina, 181 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1673.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM