satellite   Azerspace-1: 11135 H 30000

DİN Xalq artisti Ağadadaş Ağayevin tanışına balta ilə xəsarət yetirməsi barədə xəbərlərə aydınlıq gətirib

DİN Xalq artisti Ağadadaş Ağayevin tanışına balta ilə xəsarət yetirməsi barədə xəbərlərə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi Xalq artisti Ağadadaş Ağayevlə bağlı yayılan xəbərlər barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM