satellite   Azerspace-1: 11135 H 30000

Laçında yalquzağa rast gəlinib - FOTOLAR

Laçında yalquzağa rast gəlinib<font color=red> - FOTOLAR</font> Laçında yalquzağa rast gəlinib<font color=red> - FOTOLAR</font>

Füsunkar təbiətə malik olan Laçın dağları həm də faunası ilə diqqət çəkir. Burada nadir rast gəlinən heyvanlardan biri yalquzaq canavardır. Adətən gecə saatlarında şikara çıxan bu canlıya gündüz vaxtı təsadüfən rast gəlmək olur.

Naxçıvan televiziyası AZƏRTAC-a istinadən xəbər verir ki, özünəməxsusluğu, iri gövdəsi və sürəti ilə diqqət çəkən qara rəngli yalquzaq canavara Laçın rayonu Dəlidağ yaylağının ərazisindəki Qaranlıq dərədə rast gəlinib.

Cəldliyi ilə seçilən yalquzaq dumanlı havada sürətli şəkildə qaçarkən diqqət çəkib. Bir müddət avtomobillə paralel şəkildə qaçan yalquzaq daha sonra dərələrə enərək gözdən itib.

Qeyd edək ki, yalquzaq öz sürüsündən ayrılaraq tək gəzən canavara deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM