satellite   Azerspace-1: 11135 H 30000

Şərurda yanğınlar olub - FOTOLAR

Şərurda yanğınlar olub<font color=red> - FOTOLAR</font> Şərurda yanğınlar olub<font color=red> - FOTOLAR</font> Şərurda yanğınlar olub<font color=red> - FOTOLAR</font> Şərurda yanğınlar olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Maxta və Yuxarı Daşarx kəndlərində yanğınlar olub.

Naxçıvan televiziyası xəbər verir ki, muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot tayasında, Yuxarı Daşarx kəndində isə quru otluq sahəsində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1500 m² quru otluq sahə, 3600 ot bağlaması yanıb, 1500 m² sahə və 7200 ot bağlaması yanğından mühafizə olunub.

Sahələrin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM