satellite   Azerspace-1: 11135 H 30000

MSK sədri: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə məhsuldar əməkdaşlıq edirik

MSK sədri: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə məhsuldar əməkdaşlıq edirik

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə uzun illərdir əməkdaşlıq edirik. Avqustun 1-dən qurumun uzunmüddətli missiyası ölkəmizdə fəaliyyətə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 9-da jurnalistlərə müsahibəsində deyib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun öz nümayəndələrini Azərbaycanın müxtəlif bölgələrində yerləşdirdiyini vurğulayan M.Pənahov qeyd edib ki, həmin nümayəndələr seçkiqabağı proseslər, məntəqələrin seçkilər üçün nə dərəcədə hazır olması ilə bağlı müşahidələr aparırlar. “Biz onlarla məhsuldar əməkdaşlıq edirik. İclaslarımızda da iştirak edirlər. Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzi də onların üzünə açıqdır”, - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM