DSMF: Son yeddi ayda 314 mindən çox vətəndaş qəbul edilib

DSMF: Son yeddi ayda 314 mindən çox vətəndaş qəbul edilib

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 314 min 516 nəfər vətəndaş qəbul edilib.

Bu barədə NUHÇIXAN-a Fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 117 min 819-u pensiya, 76 min 458-i müavinət, 10 min 553-ü Prezident təqaüdü, 76 min 464-ü ünvanlı dövlət sosial yardımı, 8 min 631-i fərdi uçot və sosial sığorta, 2 min 134-ü dövlət icbari şəxsi sığorta və 22 min 457-si digər istiqamətlərlə bağlı olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM