satellite   Azerspace-1: 11135 H 30000

Şahbuzda şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Şahbuzda şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır <font color='red'> - YENİLƏNİB</font>

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Bu barədə Naxçıvan televiziyası-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

"Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib"- deyə məlumatda bildirilir.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

***

11 avqust 22:56

Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb

Naxçıvan televiziyası xəbər verir ki, Şahbuzun "Qanlıgöl" yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğlu minaya düşüb.

B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM