satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 1,1 milyondan artıq pensiyaçı var

Azərbaycanda 1,1 milyondan artıq pensiyaçı var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, bu il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Bu barədə Naxçıvan televiziyası-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 11,3 faiz artaraq 491,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM