satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 660 851 manat vəsait xərclənib

Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 660 851 manat vəsait xərclənib

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində 660 851 manat vəsait xərclənib.

Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub.

Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 74 nəfərə 82 036 manat

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 153 nəfərə 393 430 manat

Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə- 18 nəfərə 145 952 manat

Təhsil haqqının ödənilməsi istiqaməti üzrə- 1 nəfərə 3 400 manat

Digər istiqamətlər üzrə -36 033 manat

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM