satellite   Azerspace-1: 11135 H 30000

Baş prokurorun müavini: Bu il ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb

Baş prokurorun müavini: Bu il ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb

2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfransda deyib.

Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində Azərbaycan Prokurorluğu tərəfindən görülən sistematik tədbirlərdən bəhs edən Baş prokurorun müavini ətraf mühitin qorunması, ekologiyanın bərpası sahəsində Baş Prokurorluq tərəfindən qəbul edilmiş “Cərimə Parkı - Təbiətin qisası” konsepsiyası barədə danışıb.

"Bu il ekoloji hüquqpozmalarla bağlı 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsi təmin edilib", - deyə Heydər Məmmədov əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM