satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra aktlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra aktlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində bir sıra aktlar qəbul edilib, sərəncam imzalanıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının, rayon (şəhər) təhsil şöbələrinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və rayon təhsil şöbələrinin Mərkəzi mühasibatlığının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 yanvar tarixli Qərarında dəyişiklik edilib. Həmçinin Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamında olan və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansına verilməsi nəzərdə tutulan ləğv edilmiş Kəngərli və Sədərək rayon baytarlıq şöbələrinə məxsus əsas vəsaitlərin Siyahısı” təsdiq olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM