satellite   Azerspace-1: 11135 H 30000

DGK əməkdaşları xeyli miqdarda dərman vasitələri aşkar ediblər

DGK əməkdaşları xeyli miqdarda dərman vasitələri aşkar ediblər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitələrinin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Naxçıvan televiziyası-a bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən gömrük zonasını tərk edən zaman hərəkətlərində şübhə yarandığı üçün “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə rentgen qurğusu vasitəsilə baxış keçirilib.

Yoxlama zamanı hər iki şəxsdən gömrük orqanlarına bəyan edilməyən ümumilikdə 228 min 597 dərman vasitəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM