Almaniya üçün Alternativ (AfD) partiyası Almaniya prezidentliyinə rəsmi olaraq öz namizədini irəli sürüb. Bu, keçmiş alman futbolçu və 1990-cı ilin Dünya çempionu Tomas Bertolddur.
NTV xəbər verir ki, AfD-nin həmsədrləri Tino Çrupalla və Alis Vaydel onun namizədliyini partiyanın 10-cu iclasında açıqlayıblar.
"Tomas Bertoldun timsalında bütün almanların maraqlarını həqiqətən təmsil edə biləcək bir namizəd tapdıq", - deyə onlar bildiriblər.
Bununla belə, ekspertlər keçmiş futbolçunun prezident seçilmək şansını o qədər də yüksək hesab etmirlər.
Qeyd edək ki, 2027-ci ilin yanvarın 30-da Almaniya Federal Assambleyası növbəti prezidenti seçmək üçün toplanacaq. İki dəfə Prezident seçilən Frank-Valter Ştaynmayer qanunvericiliyə əsasən yenidən bu posta namizəd ola bilməz.
