ABŞ Ukrayna hərbçilərinə Qərb ölkələri tərəfindən Kiyevə verilən F-16 qırıcı təyyarələrinin idarə olunması üzrə təlim keçməyi davam etdirir.
NTV xəbər verir ki, bu barədə Pentaqonun baş müfəttişləri və ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış hesabatda bildirilib.
2026-cı il iyulun 1-dən sentyabrın 30-dək olan dövrü əhatə edən hesabatda qeyd olunur ki, təlimlər ABŞ, Danimarka və Niderlandın birgə rəhbərlik etdiyi Hava İmkanlarının İnkişafı Koalisiyası çərçivəsində razılaşdırılmış öhdəliklərə uyğun həyata keçirilir.
Xatırladaq ki, 2025-ci ilin mayında ABŞ Dövlət Departamenti Ukraynada F-16 pilotlarının hazırlanması və təyyarələrə texniki xidmət göstərilməsi üçün təxminən 311 milyon dollar dəyərində müqaviləni təsdiqləyib.
