satellite   Azerspace-1: 11135 H 30000

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq, o cümlədən 31 milyard 58,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

2026-cı ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 559,9 manatlıq, o cümlədən 302,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 257,6 manatlıq qeyri-ərzaq malları alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM