satellite   Azerspace-1: 11135 H 30000

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Bu ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub.

NTV  Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ümumi dəyəri 1 milyard 38 milyon manat olan 59 layihə tamamlanıb, 32 layihə isə davam edir.

“İşğaldan azad edilmiş ərazilərdə dövlət investisiya layihələrinin səmərəliliyinin artırılmasına dair Tədbirlər Planı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə icra olunan dövlət investisiya və infrastruktur layihələrinin yüksək səmərəlilik və icra intizamı prinsipləri əsasında əlaqələndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadənin təmin edilməsi, habelə müvafiq layihələrin optimallaşdırılması və preventiv nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə layihələrin maliyyə ekspertizası aparılmaqdadır.

Qiymət ekspertizası malların, materialların və avadanlıqların, habelə işçi qüvvəsindən, maşın və mexanizmlərdən istifadə ilə bağlı xərclərin qüvvədə olan normalar və orta bazar qiymətləri ilə müqayisəsi əsasında fərqlərin müəyyən edilməsidir.

İş həcmlərinin ekspertizası layihə cizgiləri ilə smeta sənədləri arasında miqdar və hesablama uyğunsuzluqlarını, habelə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “İşğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin layihələndirilməsinə dair Tövsiyələr”ini rəhbər tutaraq kənarlaşmaların təsbit edilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM