satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda İrandan Almaniyaya aparılan yükdə 29 kq narkotik aşkarlanıb - FOTOLAR

Naxçıvanda İrandan Almaniyaya aparılan yükdə 29 kq narkotik aşkarlanıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda İrandan Almaniyaya aparılan yükdə 29 kq narkotik aşkarlanıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda İrandan Almaniyaya aparılan yükdə 29 kq narkotik aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Qurumdan NTV-yə verilən məlumata görə, “Şahtaxtı” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Almaniya Federativ Respublikasına “meyvə şirəsi və enerji içkisi” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib, eyni zamanda bəzi qutuların xarici görünüşlərinin digərlərindən fərqlənməsi üçün yandırılaraq işarələndiyi məlum olub.

Kinoloji xidmət itinin təbiqi ilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 ədəd şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye olduğu müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan tədqiqat nəticəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən həmin butulkalardakı maddənin maye halında xalis təmiz çəkisi 29 kiloqram 485.111 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin olduğu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM