satellite   Azerspace-1: 11135 H 30000

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

Cari ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə faktiki qiymətlərlə 13 milyard 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalı 1,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 1,2 faiz çoxalıb. Məhsulun 50,2 faizi bitkiçiliyin, 49,8 faizi heyvandarlığın payına düşür.

Yanvar-sentyabr dövründəki 1,1 faizlik göstərici sentyabr ayının sonuna 1,4 faizə yüksəlib. Bitkiçilik sahəsində artım tempi 0,5 faizdən 1,2 faizə çatıb, heyvandarlıq sahəsində isə 1,9 faizdən 1,6 faizə enib. Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə ayrıca verilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM