satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya strateji sənaye müəssisələrini müvəqqəti milliləşdirə bilər

Yaponiya strateji sənaye müəssisələrini müvəqqəti milliləşdirə bilər

Yaponiya hökuməti istehsalın modernləşdirilməsi üçün kifayət qədər maliyyə vəsaiti olmayan strateji əhəmiyyətli sənaye müəssisələrini müvəqqəti milliləşdirməyi nəzərdən keçirir.

NTV xəbər verir ki, bu barədə "Nikkei" qəzeti ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hazırladığı planlara istinadən məlumat yayıb.

Məlumata görə, təşəbbüs ilk növbədə istehsal avadanlıqlarının yenilənməsinə ehtiyacı olan kimya və metallurgiya sənayesi müəssisələrini əhatə edir.

Planın həyata keçirilməsi halında dövlət belə müəssisələri müvəqqəti olaraq öz mülkiyyətinə götürə biləcək. Bununla belə, onların birbaşa idarəçiliyi əvvəlki özəl şirkətlərdə qalacaq.

Qeyd olunur ki, Yaponiyanın qüvvədə olan qanunvericiliyi belə tədbirlərə imkan versə də, indiyədək bu mexanizm praktikada tətbiq edilməyib. Təşəbbüsün həyata keçirilməsi ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM