satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.

NTV xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi.

Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulandı. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracının artırılması üçün əlavə imkanların olduğu bildirildi, bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulandı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM