satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Boks Federasiyasından   NTV-yə verilən məlumata görə, Seneqalda 51 kiloqram çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.

Döyüşdə rəqib qalib gəldiyi üçün Hüseynova Olimpiya Oyunlarının ikincisi olub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.

Qeyd edək ki, Gülər Hüseynovadan əvvəl oğlan boksçulardan Rüfət Hüseynov (49 kiloqram) “Nankin-2014”də qızıl, “Sinqapur”2010-da Salman Əlizadə (48 kiloqram) ilə Elvin İsayev (57 kiloqram) gümüş, Buenos-Ayres-2018-də isə Nurlan Səfərov (60 kiloqram) bürünc mükafat əldə ediblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM