satellite   Azerspace-1: 11135 H 30000

Təyyarədən enərkən ayağını zədələyən sərnişin “British Airways”dən 50 min funt sterlinq tələb edir

Təyyarədən enərkən ayağını zədələyən sərnişin “British Airways”dən 50 min funt sterlinq tələb edir

Böyük Britaniyanın Hitrou hava limanında təyyarədən enərkən yıxılaraq ayağını sındıran ABŞ vətəndaşı “British Airways” aviaşirkətini məhkəməyə verib.

NTV  “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ali Məhkəməsinə təqdim olunan sənədlərdə bildirilir.

Məlumata görə, ABŞ-nin Merilend ştatında yaşayan 49 yaşlı Melissa Fillips 2023-cü ilin martında İsraildən Londondakı Hitrou hava limanı vasitəsilə ABŞ-yə qayıdarkən qəza keçirib. Təyyarədən enən zaman pilləkənlərdə yıxılan qadının sol ayağının böyük və kiçik baldır sümüklərində spiral sınıqlar yaranıb.

Zərərçəkənin vəkilləri məhkəməyə təqdim etdikləri sənədlərdə hadisənin aviaşirkətin səhlənkarlığı nəticəsində baş verdiyini iddia edirlər. Onların sözlərinə görə, sərnişinlərin təyyarədən enməsi zamanı ekipaj üzvləri tərəfindən kifayət qədər nəzarət və istiqamətləndirmə təmin olunmayıb. Pilləkənlərin nəm olması və sərnişin sıxlığı nəticəsində Melissa Fillips itələnərək müvazinətini itirib və yıxılıb.

“British Airways” isə ittihamları rədd edir. Aviaşirkətin vəkili bildirib ki, sərnişin pilləkənlərlə enərkən qarşısına kifayət qədər diqqət yetirməyib. Şirkətin mövqeyinə əsasən, hadisənin ən ehtimal olunan səbəbi qadının öz müvazinətini itirməsi olub. Aviaşirkət hadisəyə görə hüquqi məsuliyyət daşıdığını qəbul etməsə də, sərnişinin tibbi xərclərinin qarşılanması üçün ona 6 min 987 funt sterlinq ödəməyi təklif edib.

Melissa Fillips isə dəymiş ziyana görə aviaşirkətdən 50 min funt sterlinqdən artıq təzminat tələb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM