satellite   Azerspace-1: 11135 H 30000

İrqçi terror aktının əsas şübhəlisinin hədəf siyahısı Fransada siyasi narahatlıq yaradıb

İrqçi terror aktının əsas şübhəlisinin hədəf siyahısı Fransada siyasi narahatlıq yaradıb

Fransanın Trappes şəhərində törədilmiş irqçi terror aktının əsas şübhəlisi Kevin Tessyenin evində aparılan axtarış zamanı sol və ifrat sol düşərgədən olan dörd siyasi və ictimai xadimin adlarının yer aldığı siyahı aşkarlanıb.

NTV  yerli mətbuata istinadla xəbər verir ki, şübhəlinin «Fransa düşmənləri» adlandırdığı şəxslər arasında siyasətçilər David Jiro, Sandrin Ruso, Aymerik Karon və irqçilik əleyhinə fəal Assa Traorenin adı da var.

“Franceinfo”nun məlumatına görə, siyahıda adları olan şəxslər təhlükə barədə rəsmi qurumlar tərəfindən deyil, mətbuat vasitəsilə xəbər tutmalarına etiraz ediblər.

Assa Traore şikayət edəcəyini açıqlayaraq, Fransada irqçiliyə və nifrətə qarşı qəti mübarizə aparılmasına çağırıb. Deputat Aymeric Karon isə ifrat sağçı çevrələrdən mütəmadi təhdidlər aldığını bildirərək, təhlükənin dövlət qurumları tərəfindən bunun lazımi səviyyədə qiymətləndirilmədiyini vurğulayıb.

Dindirilmə zamanı Kevin Tessye siyahının “nə vaxtsa lazım ola biləcəyini” desə də, hələlik hər hansı konkret əməliyyat planlaşdırmadığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM