satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyası istehlakçıları onlayn fırıldaqlardan daha yaxşı qorumağı təklif edir

Avropa Komissiyası istehlakçıları onlayn fırıldaqlardan daha yaxşı qorumağı təklif edir

Avropa Komissiyası onlayn fırıldaqçılıqdan, manipulyativ marketinqdən və gizli xərclərdən istehlakçıları daha yaxşı qorumaq məqsədilə Rəqəmsal Ədalət Aktı (DFA) adlı yeni qanunvericilik təklifini irəli sürüb.

NTV  xəbər verir ki, sənəd 2005-ci ildən qüvvədə olan haqsız kommersiya təcrübələri qaydalarını əvəz edəcək və sosial media platformalarına, video platformalarına, onlayn mağazalara, striminq xidmətlərinə, rezervasiya saytlarına və onlayn oyunlara şamil olunacaq.

İstehlakçıların müdafiəsi üzrə komissar Maykl Makqrat bildirib ki, məqsəd istehlakçılar üçün daha çox seçim və nəzarət, sahibkarlar üçün sadə qaydalar və ədalətli rəqabət təmin etməkdir.

Təklifə əsasən, istifadəçilərə sonsuz sürüşdürmə və əlavə alışa təşviq edən pop-up pəncərələr kimi asılılıq yaradan funksiyaları söndürmək imkanı veriləcək. Azyaşlılara yönəlmiş qumar taktikaları, o cümlədən məzmunu bilinməyən virtual qutuların satışı qadağan olunacaq, video oyunlarda virtual sikkələrdən istifadə isə azyaşlılar üçün standart olaraq deaktiv ediləcək. Həmçinin əvvəlcədən doldurulmuş formalar və işarələnmiş qutular qadağan ediləcək, abunələrin ləğvi isə asanlaşdırılacaq. Qaydaların pozulmasına görə şirkətlərin qlobal illik dövriyyəsinin 6 faizinədək cərimə nəzərdə tutulur. Sənəd hələ Aİ üzv dövlətləri və Avropa Parlamenti tərəfindən müzakirə olunmayıb, bəzi deputatlar isə təklifi kifayət qədər sərt hesab etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM