Noyabrın 12-də səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərinin Şuşarı qəsəbəsindəki Kolpinsk şosesində hərəkət edən avtomobildə partlayış baş verib. İlkin məlumatlara görə, insident zamanı sürücü həlak olub, daha bir nəfər yaralanıb.
NTV yerli mediaya istinadla xəbər verir ki, həlak olan şəxs hərbi qulluqçu olub. Partlayıcı qurğunun əvvəlcədən avtomobilin altında yerləşdirildiyi bildirilir.
Hadisə yerinə təcili xidmətlərin əməkdaşları cəlb olunublar. İstintaq Komitəsi insidentlə bağlı cinayət işi açıb.
