satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada mövsümün ilk quş qripi hadisəsi səbəbindən 200 min toyuq tələf ediləcək

Yaponiyada mövsümün ilk quş qripi hadisəsi səbəbindən 200 min toyuq tələf ediləcək

Yaponiyada bu mövsüm ilk quş qripi hadisəsi Kioto prefekturasının Kameoka şəhərindəki 200 000 toyuğun olduğu fermada qeydə alınıb.

NTV-nin xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi məlumat verib.

Hakimiyyət orqanları bununla əlaqədar infeksiyanın yayılmasının qarşısını almaq üçün quşların məhv edilməsi və kəsilməsi də daxil olmaqla tədbirlər görməyə başlayacaqlar,

Görülən tədbirlərə baxmayaraq, Yaponiyada payız və qış aylarında quş qripi epidemiyaları müntəzəm baş verir. 2025-ci ildə 20-dən çox yayılma ocağı qeydə alınıb. Bu, 2023-cü ildə baş verənlərə bənzər ciddi iqtisadi nəticələrə səbəb ola bilər, o zaman toyuq yumurtasının qiyməti 76 % artıb və Tokiodakı bəzi mağazalar hətta onların alışına məhdudiyyətlər qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM