satellite   Azerspace-1: 11135 H 30000

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTOLAR

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib<font color=red> - FOTOLAR</font> Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib<font color=red> - FOTOLAR</font>

Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib.

NTV xəbər verir ki, toplantıda iqlim böhranına qarşı mübarizədə konkret fəaliyyət mexanizmləri, sıfır tullantı siyasətinin təşviqi, tullantıların idarə olunmasında beynəlxalq təcrübə mübadiləsi, ölkələr arasında birgə ekoloji layihələrin hazırlanması və yerli təşəbbüslərin qlobal səviyyədə genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbirdə çıxış edən Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Qlobal Sıfır Tullantı Alyansı vasitəsilə ölkələrin uğurlu təcrübələrini bölüşdüyü, birgə layihələr hazırladığı və yerli həll yollarını qlobal miqyasda yaymaq üçün güclü əməkdaşlıq platforması yaratmağı hədəflədiklərini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM