satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də xam neft hasilatı gələn il rekord həddə çatacaq

ABŞ-də xam neft hasilatı gələn il rekord həddə çatacaq

Yaxın Şərqdə hasilatın azalmasının təsiri ilə bu il qlobal neft istehsalının geriləyəcəyi, 2027-ci ildə isə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

NTV  xəbər verir ki, ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozuna görə, qlobal xam neft və digər maye yanacaq növlərinin hasilatı bu il ötən illə müqayisədə gündəlik orta hesabla 4,6 milyon barel azalacaq. 2027-ci ildə isə hasilatın gündəlik 6,7 milyon barel artacağı gözlənilir.

Beləliklə, qlobal xam neft və digər maye yanacaq növlərinin hasilatının bu il gündəlik orta hesabla 101 milyon 690 min barel, 2027-ci ildə isə 108 milyon 400 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Yaxın Şərqdən neft ixracında alternativ marşrutlardan istifadə olunması nəticəsində regionda hasilatın azalmasının gələn il tədricən aradan qalxacağı gözlənilir.

ABŞ-də bu il xam neft hasilatının gündəlik orta hesabla 13 milyon 860 min barel, gələn il isə 14 milyon 300 min barelə yüksələrək rekord həddə çatacağı proqnozlaşdırılır.

EIA-nın məlumatları Yaxın Şərqdə münaqişələr səbəbindən hasilatı dayandırılmış neftin həcminin azalması ilə əlaqədar regionda xam neft istehsalının da tədricən bərpa olunduğunu göstərir.

Məlumata görə, münaqişələr səbəbindən hasil edilə bilməyən xam neftin həcmi may ayında gündəlik 10,9 milyon barelə çataraq ən yüksək səviyyəyə yüksəlib. Oktyabrda isə bu göstərici gündəlik orta hesabla 2,5 milyon barelə enib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM