satellite   Azerspace-1: 11135 H 30000

Birləşmiş Ştatlarda benzinin qiyməti iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb

Birləşmiş Ştatlarda benzinin qiyməti iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb

ABŞ-də benzinin orta qiyməti xam neftin ucuzlaşması və mövsümi tələbatın azalması nəticəsində bir qallon üçün 3,98 dollara enərək iyul ayından bəri ilk dəfə 4 dollar həddindən aşağı düşüb.

NTV  xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ölkə üzrə benzinin orta qiyməti son bir həftədə 4,1 faiz, son bir ayda isə 8,9 faiz azalıb. Bununla belə, qiymətlərin aşağı düşməsinə baxmayaraq, benzin ötən ilin eyni dövrü ilə müqayisədə 29,6 faiz baha olaraq qalır. Yanacağın ucuzlaşmasına xam neftin qiymətinin aşağı düşməsi və mövsümi amillərlə əlaqədar tələbatın azalması təsir göstərib.

“Brent” markalı neftin yanvar fyuçerslərinin bir barelinin qiyməti ABŞ ilə İran arasında gərginliyin azalacağına dair gözləntilər fonunda qısa müddətə 90 dollardan aşağı enib. ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evdə keçirdiyi mətbuat konfransında hazırkı mərhələdə İrana qarşı yeni hərbi əməliyyatın zəruri olmadığını düşündüyünü bildirib.

İranla müharibənin başa çatmaq mərhələsinə daxil olduğunu qeyd edən Tramp deyib: “Bu münaqişənin başa çatması istiqamətində irəliləyiş görürük. Düşünürəm ki, o, kifayət qədər tezliklə sona çatacaq”.

Trampın açıqlamaları Yaxın Şərqdən neft tədarükü ilə bağlı narahatlıqları azaldaraq dünya bazarında neft qiymətlərinə aşağı istiqamətdə təzyiq göstərib.

ABŞ-nin Əmək Nazirliyinin bu gün açıqladığı məlumatlar oktyabr ayında enerji qiymətlərinin artım tempinin zəiflədiyini göstərib. Belə ki, ABŞ-də istehlak qiymətləri indeksi oktyabrda aylıq ifadədə 0,4 faiz artaraq bazar gözləntilərini üstələyib. İndeksin alt komponentlərinin təhlili göstərir ki, sentyabrda 5,2 faiz artan enerji qiymətləri oktyabrda 0,7 faiz yüksəlib.

Benzin qiymətləri indeksi də sentyabrda qeydə alınan 9,1 faizlik artımdan sonra oktyabr ayında 1 faiz yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM