Almaniya Silahlı Qüvvələri (Bundesver) casusluq təhlükəsi ilə bağlı Çin istehsalı olan dronların hərbi obyektlərdə istifadəsini qadağan edib.
NTV xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi Çin şirkətlərinin istehsal etdiyi dronların istifadəsinin dayandırılmasını tələb edib. Qurum bu cihazların hərbi təlimlər və silah sistemləri barədə məxfi məlumatları Çin kəşfiyyatına ötürə biləcəyindən ehtiyatlanır.
Nazirlik Çin dronlarının gələcəkdə yerli və ya Avropa istehsalı olan cihazlarla əvəzlənəcəyini bildirib.
Bundan başqa, Bundesver BYD, “Geely” və NIO markalı Çin avtomobillərinin də hərbi obyektlərə girişini məhdudlaşdırıb.
