satellite   Azerspace-1: 11135 H 30000

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?

Bu gün Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 12-si səhər saatlarınadək hava şəraitinin əsasən yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə NTV-yə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, noyabrın 12-si gündüz və 13-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq və mülayim cənub-şərq küləyi əsəcək: “Havanın maksimal temperaturunun 14-19 dərəcə isti olacağı gözlənilir. Eyni zamanda, bölgələrdə noyabrın 11-i və yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti olacaq, bəzi yerlərdə duman olacaq, qərb küləyi kəsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti təşkil edəcək”, - deyə G. Məmmədova qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM