satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var

Hindistanda sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var

Hindistanın şərqindəki Assam ştatında sərnişin qatarının lokomotivi və altı vaqonu relsdən çıxıb.

NTV xəbər verir ki, bu barədə PTI agentliyi yerli hökumət rəsmisinə istinadla məlumat yayıb.

Hadisə noyabrın 11-də səhər saatlarında Kamrup rayonunda, Dhiqaru dəmir yolu stansiyasının yaxınlığında Sairang-Kolkata marşrutu üzrə hərəkət edən qatarda baş verib.

İlkin məlumatlara görə, sərnişinlərin xəsarət alması barədə məlumatlar var, lakin onların dəqiq sayı və qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə yerində xilasetmə və bərpa işləri aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM