satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin maliyyə naziri İranın təhdidləri səbəbindən hərbi bazaya köçüb

ABŞ-nin maliyyə naziri İranın təhdidləri səbəbindən hərbi bazaya köçüb

ABŞ-nin maliyyə naziri Skott Bessent İrandan gələn təhdidlər səbəbindən Vaşinqtondakı evindən hərbi bazaya köçüb.

NTV xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, son həftələrdə ABŞ rəsmiləri İranın hazırkı və keçmiş amerikalı vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlıqlarının daha ciddi mərhələyə keçdiyi qənaətinə gəliblər.

Bessent avqust ayından etibarən İranı maliyyə baxımından təcrid etməyə yönəlmiş iqtisadi təzyiq kampaniyasına rəhbərlik edir. Bu fəaliyyət onun Tehran üçün əsas hədəflərdən birinə çevrilməsinə səbəb olub.

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi isə Bessentin İranın təhdidlərindən çəkinməyəcəyini və Tehrana iqtisadi təzyiq siyasətini davam etdirəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM