satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir - FOTOLAR

Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir<font color=red> - FOTOLAR</font> Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir<font color=red> - FOTOLAR</font>

Gürcüstan və Türkiyə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi, elektrik enerjisinin idxalı, ixracı və tranziti məsələləri müzakirə edilib.

NTV  xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşündən sonra məlumat yayıb.

Görüşdə Qara dənizin sualtı elektrik ötürücü kabeli və yaşıl enerji dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu layihələrin həyata keçirilməsi regionun enerji infrastrukturunun inkişafına, bərpaolunan enerji sektoruna yerli və beynəlxalq investisiyaların cəlb edilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və Avropa enerji bazarına inteqrasiyanın dərinləşməsinə töhfə verəcək.

Həmçinin COP31 çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.

Sənədin regionda enerji bağlantılarının inkişafına, təmiz enerji mənbələrindən əldə olunan elektrik enerjisinin ötürülməsinə və müvafiq infrastrukturun yaradılmasına xidmət edəcəyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM