satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə məktəblərində şagirdlərin mobil telefon saxlamasına qadağa qoyulacaq

İngiltərə məktəblərində şagirdlərin mobil telefon saxlamasına qadağa qoyulacaq

İngiltərədə məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı qaydalar sərtləşdiriləcək.

NTV BBC- yə istinadla xəbər verir ki, yeni tələblərə əsasən, şagirdlərin dərs günü ərzində mobil telefonlarını çantalarında və ya ciblərində saxlamasına icazə verilməyəcək. Hökumətin yeni təlimatları 2027-ci ilin sentyabrından qüvvəyə minəcək. Bu ilin iyun ayında qüvvəyə minmiş məcburi qaydalara əsasən, məktəblər və təhsil müəssisələrini idarə edən təşkilatlar dərs günü ərzində mobil telefonlardan istifadənin qarşısını almağa görə hüquqi məsuliyyət daşıyırlar.

Hazırda bəzi məktəblərdə tətbiq olunan qaydalara əsasən, şagirdlər telefonlarını çantalarında saxlaya bilirlər, lakin onlardan istifadə etmələrinə icazə verilmir. Yeni qaydalar isə bu məhdudiyyətləri daha da sərtləşdirəcək. Hökumətin açıqlamasında qeyd olunub ki, mobil telefonlara çıxış şagirdlərin diqqətini dərslərdən yayındıra və onların bir-biri ilə ünsiyyətinə mənfi təsir göstərə bilər.

Yeni qaydaların tətbiqi üsulunu məktəblər özləri müəyyənləşdirəcəklər. Bəzi təhsil müəssisələrində telefonların xüsusi kilidli kisələrdə və ya təhlükəsiz dolablarda saxlanılması, digərlərində isə dərs gününün əvvəlində toplanması nəzərdə tutulur. Bəzi məktəblər mobil telefonların ümumiyyətlə məktəb ərazisinə gətirilməsini qadağan edə bilər. Bununla yanaşı, məktəb direktorlarını təmsil edən həmkarlar ittifaqları əlavə dövlət maliyyəsi ayrılmadan daha sərt qaydaların həyata keçirilməsinin çətin olacağını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM