Sasseks hersoginyası Meqan Markl atası Tomas Marklın uşaqların cinsi istismarını əks etdirən materialları saxlamaqda ittiham edilərək həbs olunmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
NTV BBC-yə istinadla xəbər verir ki, Meqan Markl həyat yoldaşı Şahzadə Harri ilə birlikdə Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində keçirilən tədbirdə iştirak edib. Şahzadə Harri tədbirdə çıxış edərək uşaqların internet mühitində təhlükəsizliyinin daha güclü şəkildə qorunmasına çağırıb.
Məlumata görə, Meqan Markl əvvəlcə həyat yoldaşı ilə birlikdə çıxış etməyi planlaşdırsa da, emosional vəziyyətinin buna imkan vermədiyi bildirilərək çıxışdan imtina edib. Avropa Parlamentinin Pol-Anri Spaak binasına daxil olarkən Meqan Markl jurnalistlərin özünü necə hiss etməsi ilə bağlı suallarını cavablandırmayıb.
