satellite   Azerspace-1: 11135 H 30000

Serbiya səfirinə "Dostluq" ordeni təqdim olunub

Serbiya səfirinə "Dostluq" ordeni təqdim olunub

Serbiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçə "Dostluq" ordeni təqdim olunub.

NTV  xəbər verir ki, ordeni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov səfirə təqdim edib.

Görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb.

Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu iki ölkə arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM