ABŞ Dövlət katibi Marko Rubio Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin Rusiya ilə razılaşdırılmasının vacibliyini bildirib.
NTV xəbər verir ki, o, Parisdə jurnalistlərə açıqlamasında Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna ilə bağlı üçtərəfli danışıqları şərh edərkən bu məsələyə toxunub.
Rubionun sözlərinə görə, müharibədən sonra Ukraynanın təhlükəsizliyinin təmin edilməsi nizamlanmanın əsas şərtlərindən biridir. Bunun üçün Rusiyanın da razılığı vacibdir.
Dövlət katibi təhlükəsizlik zəmanətləri ilə bağlı hələlik yekun razılaşmanın olmadığını, NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər mexanizmlərin müzakirə edildiyini bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin münaqişənin nizamlanması ilə bağlı danışıqlarının noyabrın 10-11-də keçirilməsi planlaşdırılır.
