Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NTV-nin məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi “Lada Niva” markalı avtomobil dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda vəfat edib.
Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
