Konqo Demokratik Respublikasında “Ebola” virusuna yoluxanların təsdiqlənmiş sayı 11 mini ötüb, ölənlərin sayı isə 5,4 minə yaxınlaşıb.
NTV xəbər verir ki, bu barədə “Reuters” agentliyi hökumət məlumatlarına istinadla məlumat yayıb.
Bildirilib ki, ölkədə “Ebola” epidemiyası 2026-cı ilin may ayından davam edir. Bu, Konqo Demokratik Respublikası tarixində 17-ci və ən ölümcül epidemiya hesab olunur.
Ölkənin şərqində davam edən silahlı toqquşmalar və əhali arasında tibbi qurumlara inamsızlıq xəstəliyə qarşı mübarizəni və tibbi yardımın göstərilməsini çətinləşdirir.
