satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstanda faciəvi yol qəzaları ilə əlaqədar milli matəm günüdür

Bolqarıstanda faciəvi yol qəzaları ilə əlaqədar milli matəm günüdür

Trakiya avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisələrində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq noyabrın 11-i Bolqarıstanda milli matəm elan edilib.

NTV Bolqarıstanın xəbər agentliyi olan BTA-ya istinadla xəbər verir ki, bu barədə qərar ölkənin Nazirlər Şurası tərəfindən qəbul olunub. Matəm günü ilə əlaqədar dövlət qurumlarının binalarında bayraqlar yarıya qədər endirilib, hökumət həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, noyabrın 10-da Yambol vilayətindəki Zimnitsa yol qovşağı yaxınlığında 86 nəqliyyat vasitəsinin iştirakı ilə iki böyük qəza baş verib. Yol hadisələri nəticəsində 11 nəfər həlak olub, 51 nəfər xəstəxanaya yerləşdirilib. Qəzaların səbəbləri araşdırılır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM